BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits bu ölkədə müharibə aparan tərəflərin yaxın zamanda İsveçdə bir araya gələcəyini açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Martin Qriffits əsirlərin dəyişdirilməsi ilə bağlı tərəflər arasında razılaşma imzalanacağını söyləyib.
“Bu, tərəflər arasında imzalanacaq ilk razılaşma ola bilər”, - deyə BMT-nin xüsusi nümayəndəsi bildirib.
Yəməndəki situasiyanın dünyanın ən böyük humanitar böhranlarından biri hesab edən Martin Qriffits qeyd edib ki, çoxlu sayda uşaq və qadın müalicəsi mümkün xəstəliklərdən ölür.
O, ölkə iqtisadiyyatının çökmək üzrə olduğunu vurğulayıb.