19 Noyabr 2018 00:27
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Binyamin Netanyahu bazar günü ölkənin müdafiə naziri vəzifəsinin icrasına başlayıb.

Teleqraf.com xəbər verir ki, o bunu Müdafiə Nazirliyinin Tel-Əvivdəki binasından televiziya ilə müraciəti zamanı deyib.

"Mən müdafiə naziri vəzifəsinin icrasına başlayıram", - deyə o bildirib.

Netanyahu bildirib ki, ölkənin təhlükəsizliyi siyasətdən və şəxsi maraqlardan kənardadır.

O qeyd edib ki, təhlükəsizlik sahəsində çətin vəziyyəti nəzərə alaraq, hazırda yeni seçkilərin keçirilməsini lazımlı və düzgün addım kimi qiymətləndirmir:

“Biz hazırda təhlükəsizliklə bağlı ən çətin dönəmlərdən birindəyik. Bu dönəmdə hökuməti parçalamaq və seçki keçirmək olmaz”.

Xatırladaq ki, İsrailin müdafiə naziri Aviqdor Liberman hökumətin fələstinlilərə qarşı yürütdüyü siyasətə etiraz əlaməti olaraq istefa verib.


Müəllif: Teleqraf.com