Almaniya hökuməti Səudiyyə Ərəbistanına silah satışını dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin sözçüsü Filip Jornitz məlumat verib.
Qərarın qəbuluna səbəb kimi jurnalist Camal Qaşıqçının qətli göstərilir.
Almaniya daha öncə Avropa Birliyinin digər ölkələrinə səslənərək Səudiyyəyə qarşı təzyiq rıçaqlarını işə salmalarının vacibliyini qeyd edib. Berlin məlum qətl hadisəsilə bağlı 18 səudiyyəlinin ölkəyə girişinə qadağa qoyub.
Səudiyyə Ərəbistanı Almaniyadan silah alışında ikinci yerdə qərarlaşıb. Almanlar ötən 9 ayda
Əlcəcayıra 741,5 milyon avro, Səudiyyəyə isə 417 milyon avroluq silah-sursat satıb.