20 Noyabr 2018 17:38
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hərbi Dəniz Qüvvələrinin 92 hərbçisi saxlanılıb.

Teleqraf.com xəbər verir ki, saxlanılan şəxslər Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə işbirliyində ittiham edilir.

Məlumata görə, Fəthullah Gülən tərəfdarlarını tutmaq üçün əməliyyat paytaxt Ankara şəhərində həyata keçirilib.

Saxlanılanlar arasında yüksək rütbəli hərbi qulluqçular və zabitlər var.

İstintaq zamanı həmin şəxslərin FETÖ ilə əlaqə saxladığı müəyyən edilib.


Müəllif: Mənsur Rəğbətoğlu