21 Noyabr 2018 08:45
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dekabrın 6-da Sankt-Peterburqda KTMT-nin baş katibliyinə namizəd məsələsi ətrafında fikir həmrəyliyi olmazsa, Ermənistan bu istiqamətdə işini davam etdirəcək”.

Teleqraf.com xəbər verir ki, Ermənistanın Baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan belə deyib.
O, qərarların konsensus əsasında qəbul edildiyini bildirib:

“Belarus Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Anatoli Qlaza “beynəlxalq siyasətdə küçə demokratiyasının qəbuledilməz olduğunu” deyir. Bu bəyanata cavab verildi. Lakin bu məsələdə məni maraqlandıran Belarus Prezidenti Aleksandr Lukaşenkodur. Mən ondan səsləndirdiyi fikirlər haqda izahat tələb etmək niyyətindəyəm”.

Paşinyan Belarusun Azərbaycana silah satmasından narahatlığını da dilə gətirib:

“İrəvan bu barədə narahatdır. Bu cür sazişlər KTMT daxilindəki tərəfdaşlığa zərər verir”.

Qeyd edək ki, Belarus prezidenti Ermənistanın KTMT-yə rəhbərlik etmək gücündə olmadığını deyərək, Nikol Paşinyanı öz ölkəsinin problemlərinin həlli ilə məşğul olmağa çağırıb. Bu isə rəsmi İrəvanın etirazına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu