21 Noyabr 2018 17:30
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Ətraf Mühit Proqramının direktoru Erik Solheym təxminən 500 min dollarlıq səyahət xərclərinə görə istefa verib.

Teleqraf.com İngiltərə mətbuatına istinadən xəbər verir ki, Norveçin yüksək səviyyəli BMT rəsmisi Solheym 668 günün 529- nu səyahətdə keçirib, təyyarə və otel xərcləri təxminən yarım milyon dollara çatıb.

BMT Baş katibinin müavini Stepan Dujarrik bəyanatında Baş katib Antonio Guterresin istefasını qəbul etdiyini açıqlayıb.

Qeyd edək ki, Erik Solheym 2016-cı ilin iyun ayından Nayrobidə BMT-nin Ətraf Mühit Proqramının direktoru vəzifəsində işləyirdi.


Müəllif: Aytən