21 Noyabr 2018 20:44
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Söz verirəm ki, Gürcüstan NATO-ya üzv olacaq.

Teleqraf.com xəbər verir ki, bunu NATO Baş katibinin köməkçisi Roz Getemüller deyib.

O, Gürcüstanın nümunəvi ölkə olduğunu bildirib, lakin alyansa nə vaxt üzv qəbul edilə biləcəyi ilə bağlı tarixi açıqlamayıb:

“Gürcüstan nümunəvi ölkədir və NATO-ya üzvlük prosesini sürətləndirməlidir. Bu, Gürcüstanın ittifaqla anlaşmasına kömək edəcək”.

Roz Getemüller NATO qapılarının həmişə bu ölkəyə açıq olduğunu diqqətə çatdırıb: “2008-ci il Buxarest zirvəsinin qərarı qüvvədədir və söz verirəm ki, Gürcüstan bu ittifaqın bir üzvü olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər