Alan Outsun 55 yaşı var. İngiltərənin Staffs bölgəsindəki Tomuort şəhərinin sakini əvvəllər çips, qızardılmış təamlar və fast-fudu çox sevirdi.
Onun çəkisi 213 kq idi.
Lakin günlərin birində Alan Outsun xanımı, 51 yaşlı Hele onu "Ulduz savaşları" kinosaqasındakı Cabba Hatt-a bənzətdi.
Bu bənzətmədən, habelə arvadının ona sürəkli "Arıqla, özünə yazığın gəlsin" deməsindən bezən Alan Outs izafi çəkidən qurtulmağa qərar verib.
Teleqrqaf.com Milli.Az-a istinadən bildirir ki, "Greatest Loser 2014" şousuna qatılan Alan qalib gələcəyini deyirdi. Həkimlər ona mədəsinin bir hissəsinin kəsilib götürülməsini və beləcə, arıqlayacağını məsləhət bilsələr də, Outs problemin müvəqqəti həlli ilə razılaşmayıb.
Yaşam tərzini tam dəyişən Alan Outs üzməyə başlayıb, rasionunda meyvə-tərəvəzi artırıb.
Şouda isə o, ikinci yeri tutub. Çünki Alan 121 kq arıqlamışdı.