Bu gün vəfat edən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Korobovun yerinə təyinat olub.
Teleqraf.com “RBK”ya istinadla xəbər verir ki, Rusiyanın baş kəşfiyyatçısı vəzifəsini vitse-admiral İqor Kostyukov tutacaq.
Ədliyyə Nazirliyinə yaxın mənbələrin bildirdiyinə görə, müdafiə nazirinin əmrinə əsasən, İqor Korobov xəstə olduğu üçün onun vəzifəsini Baş Kəşfiyyat İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışan İqor Kostyukov icra edirmiş.
Qeyd edək ki, İqor Korobov uzun sürən ağır xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib.