26 Noyabr 2018 18:53
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski rus silahları barədə danışarkən, məsələni bir qədər şişirdib.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı deputat Frans Klinseviç deyib.

Vladimir Jirinovski “Rossiya” telekanalında yayımlanan “Vladimir Solovyov ilə axşam” proqramında Rusiya ordusunun arsenalında “S-500”, “S-600” və “S-700” zenti-raket sistemlərinin olduğunu iddia etmişdi.

O, çıxışında “Bir qırıcı belə, göyə qalxa bilməyəcək” iddiasına da yer vermişdi.

Jirinovskinin bu iddiası zaldakı tamaşaçıların gülüşünə səbəb olmuşdu.

Aparıcı isə ona ironiya ilə “Bütün sirləri açmaq doğru deyil, əks halda bütün dünya “S-1500”-lərdən xəbərdar olacaq” cavabını vermişdi.

RLDP liderinin təxminən 1 ay əvvəl səsləndirdiyi bu iddiaya Dövlət Duması hələ cavab verməyib.
Dumanın Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Frans Klinseviç isə Vladimir Jirinovskinin Rusiyanın raket arsenalı barədə məlumatsız olduğunu deyib. Lakin o, Rusiyanın “S-500” sistemləri üzərində işlədiyini və prosesin artıq yekunlaşma mərhələsində olduğunu iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər