Venesuela prezidenti Nikolas Maduro çərşənbə axşamı son 15 gün ərzində Kolumbiyadan gələn narkotik satıcılarının təyyarəsinin vurulduğunu bildirib.
O, bunu dövlət televiziyasının efirində deyib.
"Bu 15 gün ərzində, Venesuela səmasını yarıb keçmək istəyən, lakin bolivar Hərbi Hava Qüvvələri ilə üzləşən Kolumbiya narkotik trafikinin dörd təyyarəsi vurulub", — deyə Maduro bildirib.
Onun sözlərinə görə, aviasiyanın bu hərəkəti milli hökumətin Venesuela ərazisində qanunsuz qüvvələrlə mübarizədə gördüyü işlərdən xəbər verir.
Bundan əvvəl Karakasda xüsusi əməliyyat zamanı 7 nəfər ölüb.