29 Noyabr 2018 17:50
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağdakı rejim Ermənistanda keçiriləcək parlament seçkilərinə müdaxilə edir.

Teleqraf.com xəbər verir ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçılara etiraz edib.

Paşinyan separatçıların Ermənistanın mövcud hakimiyyətinin əleyhinə addımlar atdığını bildirib:

“Qarabağdakı rejim fürsət düşdükcə, hansısa yolla Ermənistandakı seçkilərdə iştirak etdiyini xatırladır. Bunun üçün də, son günlərdə dayanmadan fikirlər səsləndirirlər.

Bu məsələni seçkilərdən sonra Qarabağa gedərək, Bako Saakyanla müzakirə edəcəyəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər