Yunanıstandan Türkiyəyə gündə 500 min avro dəyərində qaçaq qızıl idxal edən böyük bir dəstə ifşa olunub.
Teleqraf.com xəbər verir ki, mafiya dəstəsinin ifşası Kipr sərhəd-keçid məntəqəsinin Türkiyə tərəfində saxlanılan kuryer sayəsində baş tutub.
Kuryer saxlanılarkən, üzərindən 24 kiloqram qızıl külçə çıxıb.
Məlum olub ki, Yunanıstanda böyük hissəsi oğurluq olan bu qızıllar əridilərək Türkiyəyə göndərilir.
Qızıl mafiyasının 8 üzvü xarici, 55 üzvü yunan olmaqla 63 nəfər saxlanılıb, 22 nəfər isə hazırda axtarılır.
Yunan polisindən mediaya sızan məlumata görə, qızıl şəbəkəsi hər gün ortalama 400-500 min avroluq dəyərində qızılı Afina, Selamik və Dədədəqaçdan İstanbula səfərlər təşkil edən avtobuslarla Türkiyəyə gətirirmiş. Qızıllar kuryer və xarqo vasitəsilə Türkiyəyə daxil olurmuş.
Qiymətli metal Afinada məxfi emalatxanada əridilərək külçə halına salınır və İstanbulda qara bazarda satılırmış. Türkiyəyə gətirilən qızılların satışından əldə olunan gəlirlər çinli biznesmenlər və ya kuryer vasitəsi ilə Afinaya ötürülürmüş.
İddia olunur ki, qızıl mafiyasının başında Afinada 88 şöbəsi olan “Rikardo Qızıl Şöbəsi”nin sahibi, 51 yaşlı Dmtris Rikardo və bir suriyalıdır.
Şəbəkənin qızıl qaçaqmalçılığından aylıq gəliri 6 milyon avro olub.