4 Dekabr 2018 22:21
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Çin ilə imzalanması gözlənilən ticari anlaşma ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Tramp Tvitter səhifəsində bildirib ki, o və Çin Xalq Respublikasının Sədri Si Cinpin ticari anlaşmanın bağlanmasını istəyir.

"Çox güman ki, bu anlaşma olacaq. Ancaq yadınızdan çıxmayıbsa mən gömrük vergisi adamıyam. Xaricilər ABŞ-ın zənginliyindən yararlanmaq istəyirsə bunun haqqını ödəməlidirlər. Hazırda gömrük vergilərindən milyardlarla dollar qazanırıq. Amerikanı təkrar zəngin edirik. Əgər Çin ilə ədalətli anlaşma əldə olunarsa sevə-sevə onun altından imzamı qoyacam", deyə Tramp qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər