4 Dekabr 2018 23:30
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Gina Haspelin səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı konqresə təqdim etdiyi hesabat konqresmenlər tərəfindən birmənalı qarşılanmayıb.

Teleqraf.com xəbər verir ki, hesabatın müzakirəsi zamanı senator Lindsay Graham "CIA-nın hesabatından sonra Qaşıqçı cinayətinin şahzadə Salmanın bilgisi olmadan gerçəkləşmədiyinə əminəm. Şahzadə çılğın və təhlükəlidir", deyə senator bildirib.

Demokrat senator Robert Menendez ABŞ-ın Yəməndəki müharibəyə və Qaşıqçı cinayətinə ciddi reaksiya verəcəyinə ümid etdiyini bildirib: "ABŞ Səudiyyəyə net bir mesaj göndərməlidir".

Respublikaçı senator Riçard Şelbi qeyd edib ki, CİA-nın məlumatları ABŞ-da kimsənin səs verməyəcəyi cinayət haqqında olan düşüncələrimizi təsdiqlədi.

Senator Lindsay Graham əlavə edib ki, Məhəmməd bin Salman Qaşıqçı cinayətinin iştirakçılarından biridir. Səudiyyəyə silah satışını dəstəkləyə bilmərəm. Cinayetdə əli olanlara "Magnitsky qanunu" tətbiq edilməlidir. Tramp administrasiyası vəliəhdlə bağlı sübutları görmək istəmir. Bunun bədəli olmalıdır. Tramp bu məsələ ilə bağlı konkret addım atmalıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər