İranın Cabahar şəhərində avtomobildə yerləşdirilən bomba partladılıb.
Teleqraf.com xəbər verir ki, terror hücumu şəhərin polis idarəsinin qarşısında baş verib.
İlkin məlumatlara görə, 3 nəfər öldürülüb, 19 nəfər yaralanıb. İtkilərin arta biləcəyi qeyd olunur.
Partlayışdan sonra silah səsləri eşidilib.
İSNA-ya danışan İran rəsmisi bombalı hücumun intihar aktı olduğunu bildirib.