6 Dekabr 2018 13:26
1 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ABŞ-ın Qısa və Ortamənzilli Raketlər üzrə Müqavilənin (PRSMD) ləğv etməsi ilə razı deyil.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Prezidentin sözlərinə görə, rəsmi Vaşinqton bunu ictimaiyyətə açıqlamamışdan əvvəl geri çəkilmək qərarı verib:

“Digər yandan, ABŞ Konqresi və Vaşinqton mövcud müqavilədən geri çəkilməmişdən əvvəl yeni raketlərin istehsalına pul ayırıb.

Lakin onlar elə düşünürdülər ki, səssizcə gördükləri bu işi bilməyəcəyik. Ancaq Pentaqon hər şeyin üstünü açdı və yeni raketlər üçün pul ayrıldığını bildirdi”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp SSRİ və ABŞ arasında imzalanmış müvafiq müqavilənin ləğv edilməsi haqda qərar verib.

O, Rusiyanı anlaşmanın şərtlərini yerinə yetirməməkdə ittiham edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər