7 Dekabr 2018 17:24
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Apelyasiya Məhkəməsi keçmiş prezident Robert Köçəryanın həbsi barədə qərar çıxarıb.

Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bu barədə Robert Köçəryanın vəkili Ayk Alumyan məlumat verib.

Vəkil verilən vəsatətin rədd edildiyini söyləyib. Vəsatətin müzakirəsində baş prokuror Artur Davtyan daxil olmaqla 6 prokuror iştirak edib.

Qeyd edək ki, Rober Köçəryan 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyalarda iştirak edənlərə odlu silahlardan atəş açmaq əmri verməkdə ittiham edilir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər