“Sarı jiletlilər”in Fransanın paytaxtı Parisdə başladığı nümayişlər Belçikaya sıçrayıb.
Teleqraf.com xəbər verir ki, iqtisadi böhrana etiraz olaraq küçələrə çıxan xalq Belçika-Fransa avtomobil yolunu bağlayıb.
Paytaxt Brüsseldəki nümayişlərdə 50 nəfər saxlanılıb.
Brüssel polisi Avropa İttifaqı Komissiyasının və Avropa Şurasının binalarının yerləşdiyi Şüman rayonunda təhlükəsizlik tədbirlərini gücləndirdiyi halda, binaların yaxınlığındakı küçələri tikanlı məftillərlə bağlayıb.
Nümyişlərdən fotoları təqdim edirik: