Fransa Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın "Biz Trampı istəyirik - deyə bağırırlar" ifadəsinə sərt reaksiya verib.
Nazir Jean-Yves Le Drian Trampı Fransanın daxili işlərinə burununu soxmamağa çağırıb.
Qeyd edək ki, Tramp Tvitterdə Paris Anlaşmasının Fransanın maraqlarına cavab vermədiyini bildirib: “Fransanın hər yerində etirazlar və üsyanlar var. İnsanlar təbiəti qorumaq üçün üçüncü dünya ölkələrinə pul ödəmək istəmirlər. ‘Biz Tramp’ı istəyirik, deyə bağırırlar. Fransanı sevirəm.”
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Paris müqaviləsinin Fransaya lazım olmadığını, ölkəni bütünlükdə etiraz dalğasının bürüdüyünü, insanların “Biz Trampı istəyirik” şüarları səsləndirdiyini yazmışdı.