Ermənistan müdafiə nazirinin keçmiş müavini, general Manvel Qriqoryanın həbs müddəti uzadılıb.
Teleqraf.com xəbər verir ki, birinci instansiya məhkəməsi bununla bağlı Ermənistan Milli İstintaq Komitəsinə ərizə ilə müraciət edib.
Vəkil Arsen Mkrtçyan səhhətindəki problemə görə Manvel Qriqoryanın məhkəmə prosesində iştirak edə bilmədiyini bildirib.
O, generalın onkoloji xəstəlik və diabetdən əziyyət çəkdiyini açıqlayıb:
“Qriqoryanın ciddi xəstəliyi var. Buna görə də, onun azad edilməsi üçün ən yüksək məhkəmə instansiyalarına və zərurət yarandıqda Avropa məhkəmələrinə müraciət edəcəyik”.
Xatırladaq ki, Manvel Qriqoryan qanunsuz silah saxlamaqda və dövlət əmlakını mənimsəməkdə, habelə dövlət çevrilişində cəhddə ittiham olunur.
Sabiq deputat olan generalın toxunulmazlığı ləğv edilib.