ABŞ-ın Yeni Cersi ştatının şosesində maraqlı hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, yolda şütüyən maşınlardakı insanlar qəflətən dollar yağışının şahidi olublar.
Bunu görən sürücülər dərhal avtomobillərini saxlayaraq “pul ovu”na çıxıblar.
Hətta bu səbəbdən tıxac yaranıb, qəzalar baş verib. Hətta diqqəti pul yağında qalan iki sürücü idarə etdiyi maşınları biri-birinə çırpıb.
Məlum olub ki, dollar yağışına səbəb qabaqda sürətlə gedən zirehli inkasator olub. Pulun necə səpələndiyi və bunun nə qədər olduğu isə hələlik bəlli deyil.