İsrail ordusu Livan sərhədlərində “Hizbullah” tərəfindən qazılan tunelləri partlatdığını bəyan edib.
Teleqraf.com xəbər verir ki, ordu “Şimal Qalxanı” adı verilən əməliyyatla “Hizbullah” tərəfindən qazıldığı iddia edilən tunelləri məhv edib.
Ordu tərəfindən verilən açıqlamada sərhəddə meydana gələn partlayışların təhlükəsizlik məqsədilə həyata keçirildiyini, sərhəd rayonlarına tunellərin məhv ediləcəyinə dair öncədən informasiya verildiyi bildirilib.
Qeyd edək ki, İsrail ordusu “Şimal Qalxanı” əməliyyatına dekabrın 4-dən başlayıb.
İndiyə qədər 4 tunelin yeri müəyyən edilib. Əməliyyat sərhəd boyunca bütün tunellərin məhv edilməsinə qədər davam edəcək.
Əlavə edək ki, “Hizbullah” İsrail ordusunun əməliyyatı və tunel iddiaları haqqında deyilənlərə səssiz qalıb.
Cavad