“Türkiyə “Patriot” raketlərini “S-400” hava hücumundan müdafiə sistemlərinə alternativ kimi qəbul etmir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Kalının sözlərinə görə, ABŞ-ın Türkiyəyə “Patiot” satışı Rusiya ilə “S-400” sistemlərinin alınması ilə əlaqədar imzalanmış müqaviləyə mənfi təsir etməyəcək:
“Birini digərinə alternativ olaraq qəbul etmirik”.
Qeyd edək ki, ABŞ “Patriot” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satışına icazə verib.