27 Dekabr 2018 16:55
1 912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan “Patriot” raket əleyhinə müdafiə sistemlərinin alışına dair təklifi müzakirə etmək üçün Ali Müdafiə Şurasının iclasını çağırmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blomberq” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyə Prezident Administrasiyası planlaşdırılan iclası məsələnin hansı tərəfdən müzakirə ediləcəyi ilə bağlı məlumat yaymadan təsdiq edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın “Patriot” raketlərinin Rusiyadan alınmış “S-400” raket hücumlarından müdafiə sistemlərinə alternativ olmadığını açıqlayıb.

Türk rəsmisinin səsləndirdiyi fikirlər ABŞ mediasında rəsmi Ankaranın “Patriot”lardan imtina edəcəyi iddiasının yayılmasına yol açıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər