Yunanıstanda türk diplomatlarını qətlə yetirən “17 Noyabr” terror təşkilatının 11 dəfə həbs edilən killeri Dimitiri Kufonidas yeni ili evində qeyd edəcək.
Teleqraf.com xəbər verir ki, Yunanıstan həbsxanalar komissiyası Dimitri Kufonidasın 6 günlük azadlığa buraxılması tələbinə müsbət rəy verib. Bununla da killer Yeni il bayramını azadlıqda keçirəcək. Bayramdan sonra isə yenidən həbsxanaya qayıdacaq.
Qeyd edək ki, Dimitiri Kufonidas 1991-ci ildə Türkiyə səfirliyinin mətbuat Ateşesi Çətin Görgünü şəhid edib. Eyni ildə türk səfirinin müşaviri Dəniz Bölükbaşının içində olduğu xidməti avtomobilə terror hücumu həyata keçirib.
1994-cü ildə isə Türkiyənin Afindakası səfirinin müşaviri Ömər Haluk Sioahioğlunu qətlə yetirib.
1975-2002-ci illər arasında 23 nəfəri qətlə yetirən “17 Noyabr” terror təşkilatının killeri Dimitri Kufonidas 11 dəfə həbs olunub.
Qeyd edək ki, Yunanıstan qanunları 8 il həbsxana həyatı yaşayan məhkumlara bayramları evində qeyd etmək hüququnu tanıyır.
Dimitiri Kufonidas 2017-ci ildə aldığı icazələr sayəsində 38 gününü evində keçirib.