30 Dekabr 2018 12:51
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika ilə sərhəddə ölən iki miqranta görə Demokratlar Partiyası günahkardır. Onları siz öldürdünüz. Əgər divar olsaydı, onlar qaçmağa çalışmazdı.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O, Meksika ilə sərhəddə divar hörülməməsinə görə Demokratlar Partiyasını ittiham edərək sərhəd olsaydı, miqrantların ABŞ-a üz tutmayacaqlarını deyib.

"Ölən o iki uşaq da Sərhəd Patrul Xidmətinə təhvil verilməzdən əvvəl xəstə idi. Ölən qızın atası Patrul Xidməti əməkdaşlarının günahı olmadığını, qızına günlərlə su vermədiyini bildirib. Sərhəd Patrul Xidmətinin divara ehtiyacı var və bu divar hörüləcək", - deyə ABŞ prezidenti qeyd edib.


Müəllif: Leyla

Oxşar xəbərlər