1 Yanvar 2019 10:23
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Hollivud aktrisası, 43 yaşlı Ancelina Coli BBC-yə müsahibəsində gələcəkdə kinodan siyasətə keçə biləcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, aktrisa müsahibə zamanı ABŞ-dakı siyasi situasiyadan, sosial şəbəkələrdən, seksual qısnamadan və qaçqınlarla bağlı yaranmış qlobal böhrandan danışıb.

Ancelina Coli ABŞ-da prezident seçkisində partiya çərçvəsində yarışmaya qoşula biləcəyinə dair suala birmənalı cavab verməyib. Yalnız “Təşəkkür edirəm” deməklə kifayətlənib.

Qeyd edək ki, aktrisa 2001-ci ildən BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının xoşməramlı səfiridir.


Müəllif: Səxavət

Oxşar xəbərlər