1 Yanvar 2019 10:44
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı Donald Trampın rəqiblərindən biri bəlli olub.

Teleqraf.com xəbər verir ki, Demokratlar Partiyasının nüfuzlu üzvlərindən biri, Massaçusetts ştatının qubernatoru Elizabet Varren seçkilərdə namizəd kimi iştirak etmək niyyətini açıqlayıb.

O, partiyasının rəsmi namizədi olmaq məqsədilə araşdırma komitəsi qurduğunu deyib: “Mən amerikalılar üçün bir fürsətəm. Namizədlik üçün araşdırma komitəsi qururam”.

Qeyd edək ki, 2016-cı il seçkilərində bir-birinə rəqib olan siyasətçilərin qaşılıqlı ittihamları gündəm mövzusu olmuşdu. Donald Tramp Elizabet Varrenin hindu olduğunu iddia etmişdi: “Əgər testdən keçib, hindu olduğunu hamıya açıb göstərsən, istədiyin xeyriyyə fonduna 1 milyon dollar pul verəcəyəm”.

Xanım siyasətçi DNT testindən sonra hindu olmadığını istabatlasa da, Tramp nəticələri “saxta” adlandırmış və onu asan məğlub edə biləcəyini demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər