1 Yanvar 2019 16:19
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran İraqdan İsrailin paytaxtına hücum edə bilər”.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin rəisi Temir Heyman deyib.

O, İranın İraqda möhkəmlənməsinin bölgəni təhdid etdiyini bildirib.

Heymanın sözlərinə görə, İranın İraqda artan nüfuzu İsrailə qarşı böyük təhdiddir:

“İran Suriyada olduğu kimi, İraqdan da İsrailə təcavüz etmək üçün platforma kimi istifadə edə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər