1 Yanvar 2019 18:30
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Urmiya şəhərində qətl ittihamı ilə ölümə məhkum olunmuş 1 nəfər edam edilib.

Teleqraf.com xəbər verir ki, 5 il əvvəl törəydiyi qətlə görə həbsdə saxlanılan Qoşaçay şəhər sakini, 62 yaşlı müttəhim Zaman Rzayi Urmiya həbsxanasında dara çəkilib.

Müttəhim barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə dekabrın 30-da daha 3 məhbusla birlikdə təkadamlıq kameraya köçürülmüşdü.

Digər üç müttəhimin ölüm hökmünün icrası isə müxtəlif səbəblərə görə təxirə salınıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər