3 Yanvar 2019 08:28
1 527
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəlli bir müddətdə Suriyadan çəkiləcəyik. Bu ölkədən çıxsaq da kürdləri qorumaqda davam edəcəyik".

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Suriyadan çıxmaqla bağlı qərarını şərh edərkən bildirib.

Tramp ABŞ-ın YPG/PKK terror təşkilatına dəstəyilə bağlı bunları deyib.

"Türkiyə onları sevmir, başqaları sevir. Onların əllərindəki az həcmli nefti İrana satmaları xoşuma gəlmədi. Onlardan İrana satış etməmələrini xahiş etdik. Ortağımız olan kürdlər İrana neft satır. Bundan məmnun deyilik. Bunlar heç xoş deyil. Amma biz onlarla birlikdə olanda yaxşı savaşırdılar. Onlara 30 F-18 gönderdikdən sonra daha yaxşı savaşdırlar və nə olduğunu gördük. Yenə də kürdləri qorumaq istəyirik, amma sonsuza qədər Suriyada qalmaq niyyətimiz yoxdur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər