3 Yanvar 2019 23:59
1 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənc qızın qeyri-adi xahişini yerinə yetirib.

Teleqraf.com xəbər verir ki, ötən gün qatıldığı tədbirlərin birində gənc qızla Ərdoğanın arasında qeyri-adi dialoq olub.

Ərdoğan qızın xahişi əsasında onun atası ilə video əlaqə yaradıb. Qız prezidentdən "başqanım, atama de ki, qızı ev gec gələndə hirslənməsin", xahişini edib.

Ərdoğanın gəncin atasına dediyi "Çox bəla bir qızın var. Amma səmimidir. Allah bağışlasın. Allah bu mübarizədə inşallah ayağına daş dəydirtməsin" sözləri ətrafdakıların gülüşünə səbəb olub.

Ardınca gənc qızın "başqanım, atama de ki, qızı ev gec gələndə hirslənməsin" sözlərinə Ərdoğan belə reaksiya verib: "Çox da gec qalma".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər