4 Yanvar 2019 00:14
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın paytaxtı Nyu-Dehlidə ventilyator pəri istehsal edən zavodda baş verən partlayış zamanı 5 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İndia” məlumat yayıb.

Hadisə zamanı 8 nəfərin xəsarət aldığı deyilib. Onların vəziyyəti ağırdır.

Dağıntılar altında insanların qaldığı güman edilir.

Partlayışa ilkin səbəb kimi qazdoldurma kompressorunda yaranan nasazlıq göstərilib.


Müəllif: Teleqraf.com