27 Avqust 2014 16:06
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinli bir qadın ərinin İsrail kəşfiyyatına işlədiyini bildikdən sonra onu Fələstin hüquq-mühafizə orqanlarına təhvil verib.

Teleqraf.com-un avropa.info-ya istinadən verdiyi xəbərə görə, qadın ərinin bu əməlindən xəbər tutduqdan sonra, ərini bir müddət bu əməlindən çəkindirməyə çalışıb.

Qadın bildirib ki, “Ərimin davranışlarından son zamanlar şübhələnməyə başlamışdım bu barədə ona xəbərdarlıq etsəm də o, belə bir işlə məşğul olmadığını dedi. Bir gün onun arxa otaqda kiməsə gizli xəbər ötürdüyünü eşitdim. Ərimə etdiyi əməlin xəyanət olduğunu dedim. Ona, “əməlini etiraf etməsən səndən boşanacağam” dedim. Amma o bunu etmədi. Fələstin dirəniş hərəkatında olan yaxınlarıma bu barədə xəbərdarlıq etdikdən sonra onlar bizə gəlib onunla söhbət etdi bundan sonra isə onun həyatında yeni bir səhifə açıldı”.


Müəllif:

Oxşar xəbərlər