4 Yanvar 2019 17:00
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş Prokurorluğu Çexiya hökumətinə müraciət edərək, dekabrın 28-də Praqada həbs edilmiş Narek Sərkisyanın ekstradisiya edilməsini istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat katibi Arsevik Xaçatryan məlumat yayıb.

O, bir neçə gün əvvəl qanunsuz silah və narkotik saxlamaq ittihamı ilə saxlanılmış Narek Sərkisyanın Ermənistana təhvil verilməsi üçün Çexiya hökumətinə rəsmi müraciət ünvanlandığını bildirib.

Qeyd edək ki, Narek Sərkisyan barədə Çexiyada qanunsuz silah və narkotik maddə əldə etmək, fırıldaqçılıq və saxta sənəd düzəltmə ittihamları ilə cinayət işi açılıb. O, Çexiyaya dekabrın 6-da Qvatemala vətəndaşı Franklin Qonzalez adına saxta pasportla keçib.

Əlavə edək ki, Narek Sərkisyan Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı oğludur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər