5 Yanvar 2019 15:22
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krım yeni il ərəfəsində rusların ən çox səfər etdikləri turizm bölgələrindən biri olub.

Teleqraf.com xəbər verir ki, yeni il bayramı günlərində yarımadaya səfər edən turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz artıb.

Dekabrın 28-dən yanvarın 3-dək Krımda 70 min turist dincəlib. Ötən il bayram günlərində isə bu göstərici 48 min nəfər təşkil edib.

Bu rəqəm turoporatorların verdiyi proqnozdan qat-qat çox olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər