6 Yanvar 2019 10:32
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Ayasofya məbədində şpaqat açan balerinanın görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, Ayasofya muzeyi məsələ ilə əlaqədar araşdırmalara başlandığını açıqlayıb.

"Muzeyimizdə turizm şirkətlərinin tələbi əsasında axşam saatlarında müxtəlif tədbirlər həyata keçirilir. Yanvarın 5-i axşam bir xanımın muzeyi ziyarət edərək balerina hərəkəti olan "şpaqat" açıb və onun fotosu digər ziyarətçilər tərəfindən çəkilərək sosial şəbəkələrdə paylaşılıb. Məsələ ilə əlaqədar lazımi araşdırmalara başlanılıb".


Müəllif: Leyla

Oxşar xəbərlər