6 Yanvar 2019 22:15
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qara dəniz Ukraynaya məxsusdur. Rusiyanın ona sahib çıxmaq haqqı yoxdur".

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya baş naziri Qeyvin Uilyamson bəyan edib.

Ukraynalı həmkarı Stepan Poltorakla görüşdə Britaniyanın Kral Donanması gəmisinin Odessa limanına yan almasından danışan Uilyamson bildirib ki, məqsəd ilk növbədə ölkəsinin Ukrayna ilə həmrəy olmasını göstərməkdir.

“Ukrayna tək deyil. London həmçinin Odessa və digər limanlara daxil olmaq hüququnu göstərmək istəyir”, - deyə o vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər