7 Yanvar 2019 13:23
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda cinayət törədən 3 Ermənistan vətəndaşı həbs edilib.

Teleqraf.com xəbər verir ki, kütləvi həbslərə yol açan hadisə Karaqanda şəhərində baş verib.

23 yaşlı Qazaxıstan vətəndaşını soyuq silahla qətlə yetirməkdə şübhəli bilinən 9 nəfərdən 8-i həbs edilib, bir nəfər isə axtarışa verilib.

Barələrində cinayət işi açılan şəxslərdən 3-ü – Torkom Malkasyan, Soxak Malkasyan və Kair Nadirbəyov Ermənistan vətəndaşıdır.

Qətl şəhərdə yerləşən “Qədim Roma” adlanan restoranda baş vermiş kütləvi dava zamanı həyata keçirilib.

Saxlanılanlar barədə Qazaxıstan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə (“Cinayət” və “Xuliqanlıq”) cinayət işi açılıb.

İş məhkəməyə göndərilib. İddia təsdiq edilsə, şübhəlilər 7 ilədək azadlıqdan məhrum edilə bilərlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər