7 Yanvar 2019 16:42
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə gəlib.

Teleqraf.com xəbər verir ki, İsrailə səfərdən birbaşa Türkiyəyə gələn heyətdə Baş Qərargah rəisi Jozef Dunford və Birləşmiş Ştatların İŞİD-lə mübarizə üzrə koalisiyadakı nümayəndəsi Brett Makqreki əvəzləyən Ceyms Cefri təmsil olunur.

Türkiyəli rəsmilərlə görüşdə ABŞ nümayəndə heyətinin başda Menbiç və Suriya olmaqla FETÖ və PKK terror təşkilatlarına qarşı birgə mübarizə, “Patriot” hava hücumundan müdafiə sistemləri və iqtisadi məsələləri müzakirə etməsinəzərdə tutulub.

FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiyası məsələsi ətrafında da müzakirələr aparılacağı istisna olunmur.


Müəllif: Nərgiz

Oxşar xəbərlər