8 Yanvar 2019 10:38
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen İn Çin dövlət başçısı Xi Xinpinqin dəvəti ilə Pekinə gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Səfər yanvarın 10-dək davam edəcək.

Agentlik Kim Çen İndən əvvəl Şimali Koreyadan qatarla çoxlu sayda yüksək rübətli dövlət rəsmilərinin Pekinə gəldiyi barədə məlumat yayıb.

Qatar sərhəd xəttini keçməmişdən əvvəl Çin təhlükəsizlik orqanları ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib, dəmir yolu boyunca canlı qüvvələr yerləşdirilib. Qatar dövlət sərhədini keçdikdən sonra “canlı divar” aradan qaldırılıb.

İddiaya görə, Kim Çen İn Pekinə təyyarə ilə yox, təhlükəsizlik məqsədilə təyin edilmiş tarixdən bir müddət əvvəl qatarla gəlib.

Bu, Şimali Koreya liderinin son 1 ildə Çinə dördüncü səfəridir.

Səfər çərçivəsində müzakirə ediləcək məsələlər barədə məlumat yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər