8 Yanvar 2019 11:14
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya müdafiə nazirinin müavini Mahmud Şava ABŞ-ın bu ölkədəki terror təşkilatlarını dəstəklədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, “Əl-Məyadin” telekanalına danışan Şava rəsmi Dəməşqin heç vaxt Suriyadakı ABŞ qüvvələri ilə dialoqa getməyəcəyini açıqlayıb.

Nazir Suriyada ABŞ hərbi qüvvələrinin terror təşkilatları ilə işbirliyi yaradaraq bu ölkənin təhlükəsizliyini təhdid etdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Suriyada Türkiyə tərəfindən terror təşkilatı kimi tanına kürd PYD/YPG silahlı qruplaşmalarına dəstək verir.

Məlumata görə, Amerikadan dövlət səviyyəsində hərbi-siyasi dəstək alan YPG ABŞ-ın öz qüvvələrini Suriyadan çıxarması xəbərindən sonra Bəşər Əsəd hökuməti ilə anlaşmağın yollarını axtarmağa başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər