9 Yanvar 2019 07:35
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa İttifaqının (Aİ) ölkənin kəşfiyyat xidmətinə qarşı sanksiyaların qanuniləşdirilməsi barədə qərarı fonunda bildirib ki, Tehranın ünvanına yönələn ittihamlar Avropanı terrorçuları gizlətməyə görə daşıdığı məsuliyyətdən azad etmir.

“Report” xəbər verir ki, o bunu öz "Twitter" mikrobloqunda yazıb.

"Danimarka, Niderland vəFransa daxil olmaqla, avropalılar 12 min iranlını öldürən və Səddamın (Hüseyn – red.) İraq kürdlərinə qarşı cinayətlərini təşviq edən MEK-i (İran Xalq Mücahidləri Təşkilatı – red.), həmçinin digər terrorçuları gizlədirlər", - deyə Zərif bildirib və əlavə edib ki, İranın ünvanına ittihamlar Avropanı terrorçuları gizlətdiyinə görə daşıdığı məsuliyyətdən azad etmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər