9 Yanvar 2019 16:22
2 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusunun 39 yaşlı veteranı Vilyam Klayd Allen Rusiya Prezidenti Vladimir Putinə zəhərli paket göndərib.

Teleqraf.com xəbər verir ki, paketdə insan həyatı üçün çox təhlükəli toksik maddələrlə zəngin gənəgərçək yağı olub.

Veteran bu bağlamanı iki həftə əvvəl poçt vasitəsilə yollayıb. O, bu qayda ilə ABŞ Prezidenti Donald Trampa, Pentaqonun keçmiş rəhbəri Ceyms Mettisə, Böyük Britaniya kraliçası II Yelizavetaya və ABŞ baş prokuroru Ceff Seşnsə də bağlama göndərib.

Keçmiş hərbçinin bu adımı anlaşılmaz olaraq qalır.

ABŞ Federal Təhqiqatlar Bürosu həmin adamı həbs edib. Məlum olub ki, o bu maddənin zəhərli olması barədə məlumatlıdır.

Veterana artıq 5 maddə üzrə ittiham irəli sürülüb. Günahı sübut olunacağı təqdirdə o, azı 10 il müddətinə həbs olunacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər