10 Yanvar 2019 11:46
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın Demokrat Partiyasından olan Konqres üzvləri ilə müzakirəsi bu dəfə də iflasa uğrayıb.

Teleqraf.com xəbər verir ki, ABŞ Senatında nahar yeməyinə qatılan Tramp Meksika ilə sərhəddə divar hörülməsi niyyəti və bu səbəbdən ABŞ federal hökumətinin fəaliyyətini dayandırması mövzusunda açıqlamalar verib.

Meksika ilə sərhəddə divar hörülməsi üçün 5,6 milyard dollar maliyyə ayrılmasına qarşı çıxan demokratları sərt tənqid edən Tramp bildirib ki, divar hörməyin orta əsirlərdən qalma ənənə olduğunu qəbul edir, lakin bunun işə yaradığını da qəbul etmək lazımdır.

Konqresdə görüşlər keçirən Tramp daha sonra 20 gündür qapalı qalan hökumətin fəaliyyətinin bərpasını müzakirə etmək üçün Senatın azlıqda qalan nümayəndələrinin lideri Chuck Şumer və Nümayəndələr Palatasının rəhbəri Nansi Pelosla Ağ Evdə görüşüb.

Müzakirələr haqqında Tvitterdə məlumat verən Tramp bir az əvvəl Nansi və Chuck ilə keçirdiyi görüşü vaxt itkisi kimi dəyərləndirib:

“Mən onlardan hökumətin fəaliyyətini tez bir zamanda bərpa edərəmsə, 30 gün içində nə olacağını və divarın inşası üçün sərhəd təhlükəsizliyinə səs verib-verməyəcəklərini soruşdum. Nansi yox cavabını verdi. Mən də buna gülə-gülə qarşılıq verdim, başqa yol yoxdur”.

Görüşdən sonra Ağ Evin qarşısında açıqlama verən Şummer isə Trampın onlardan istədiyini ala bilmədiyi üçün görüşü tərk etdiyini bildirib.

Əlavə edib ki, bu qəddar və səhv bir hərəkət milyonlarla insanın inamından sui-istifadə etmək cəhdidir”.

Tramp isə Təmsilçilər Məclisinin sədri Nansi Pelosinin təmsil olunduğu Kaliforniyada baş verən və 3,5 milyard dollar zərərə yol açan yanğınlar üçün meşə idarəçiliyini ittiham edərək, bu ştatı maliyyə yardımını kəsəcəyi ilə təhdid edib:

“Düzgün meşə idarəçiliyi olmadığı üçün meşə yanğınlarına milyardlarla dollar göndərdik. Davranışlarına düzən vermədikləri müddətdə Federal Fövqəladə Hallar Agentliyinə ora bir daha maliyyə göndərməməsini tapşırdım”.

Xatırladaq ki, Tramp prezident seçkiləri kampaniyası zamanı ölkəyə miqrantların girişini dayandırmaq üçün Meksika ilə sərhəd boyunca hasar hörəcəyini elan etmişdi. Prezident seçildikdən sonra bu məsələni gündəmə gətirərək hasarın hörülməsi üçün maliyyənin Meksika hökumətinin üzərinə qoyacağını demişdi. Lakin Meksika prezidenti Nieto ilə telefon danışığından sonra məlum olmuşdu ki, Meksika dövləti Trampın bu təklifini rədd edib.

2019-cu il üçün ABŞ-ın büdcə layihəsini Nümayəndələr Palatası təsdiq edib. Lakin Senat layihədə Meksika ilə hasarın hörülməsi üçün tələb olunan 5,6 milyard dolların ayrılmasını rədd edib. Bununla da Tramp administrasiyası ilə Konqres arasında böhran yaranıb.

Tramp isə demokrat siyasətçilər Şumer və Nansini ABŞ təhlükəsizliyini gözardı etməkdə ittiham edib, divarın hörülməsi üçün maliyyə ayrılmayacağı müddətdə böhranın davam edəcəyini, ABŞ federal hökumətinin aylarla qapalı qala biləcəyini elan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər