10 Yanvar 2019 14:09
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran kosmosa “Simurq” raketdaşıyıcısı vasitəsilə kosmik aparat göndərilməsi üçün imam Xomeyni kosmik stansiyasında hazırlıq tədbirləri görür.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Planet Labs” peyk operatorundan əldə olunan peyk çəkilişlərinə əsasən amerikalı ekspertlər çıxış edib.

Onlar bildiriblər ki, görüntülərin təhlili Tehranın Yer planetini məsafədən izləməyə çalışdığını üzə çıxarıb.

Bununla yanaşı qeyd edilib ki, şəkillər 4, 6 və 7 yanvar 2019-cu il tarixlərində əldə edilib. Ekspertlər raketlərin yığılacağı montaj-sınaq kompleksi, həmçinin “Simurq” raketdaşıyıcının buraxılacağı start kompleksindəki aktivliyi müəyyən edə biliblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər