10 Yanvar 2019 15:34
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

339-cu ildən bu yana Nuhun gəmisini tapmaq üçün dünyanın hər yerində axtarışlar aparılır. Gəminin harada olmasına dair çoxlu sayda iddialar mövcuddur.

Teleqraf.com xəbər verir ki, gəminin Ağrı dağında olduğuna dair yeni qeydlər ortaya çıxıb.

Amerikalı professor Paul Esprante gəminin Ağrı dağında olmasına dair çoxlu sayda faktların mövcudluğunu iddia edib.

Qeydlərə görə, 1949-cu ildə ABŞ Hava Qüvvələrinə aid pilot SSRİ sərhədləri boyunca xidmət yerinə yetirərkən Ağrı dağı üzərindən uçub.

4720 metr yüksəklikdə uçan pilot Ağrı dağında qar və buz təbəqəsi altında cisim aşkar edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qeydlərində bu hadisə Ağrı dağının anomalisi olaraq göstərilib. Lakin sözügedən qeydlər məxfi saxlanıldığı üçün görünən cisim 50 il müddətində dünya sirri kimi gizlədilib.

Ancaq Riçmond Universitetinin professoru Taylor araşdırma çərçivəsində qanuna istinad edərək 1949-cu ildə Ağrıda çəkilən cismin görüntülərini tələb edib.

ABŞ-ın müdafiə kəşfiyyat qurumu isə gizli saxlanılan görüntülərlə bağlı aldadıcı açıqlama yayıb.

Professor Taylor iddia edir ki, görüntülərdə insan əli ilə hazırlanan cisim açıq görünür. Professor hazırladığı hesabatın bu məsələnin araşdırılması üçün istifadə ediləcəyini bildirib.

Xatırladaq ki, Nuhun gəmisi dünyada böyük bir tufandan xilas olmanın yeganə ünvanı kimi qəbul edilib.

Tövratda qeyd edildiyi kimi, Nuhun gəmisi baş verən böyük tufan zamanı 150 gün müddətinə suyun üzündə qala bilib.

Rəvayətə görə, dəhşətli fəlakətdən əvvəl ailəsinin, habelə dünyadakı canlılardan bir cütünün nəhəng gəmiyə yığılması üçün Nuha Tanrıdan vəhy gəlib. Tufan dayandıqdan sonra gəmi yenidən quruya çıxıb.


Müəllif: Cavad

Oxşar xəbərlər