11 Yanvar 2019 10:40
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinada elektrik, mavi yanacaq, gedişhaqqı və suyun qiymətlərinin bahalaşmasına etiraz mitinqləri başlayıb.

Teleqraf.com xəbər verir ki, paytaxt Buenos-Ayresdə fəhlə və tələbə həmkarlar ittifaqının, habelə siyasi partiya və vətəndaş cəmiyyətinin çağırışı ilə on minlərlə insan aksiyaya qoşulub.

“Bahalaşmaya yox” şüarı altında keçirilən mitinq zamanı küçələrdən biri tamamilə bağlanıb. Mitinqçilər Argentina parlamentinin qarşısına qədər yürüş ediblər.

Yürüş zamanı prezident Maurikio Makrinin həyata keçirdiyi siyasət kəskin tənqid edilib.

Aksiyalar davam edəcək.

Qeyd edək ki, hökumət 2019-cu ildən suyun qiymətini 38, elektrik enerjisinin 55, nəqliyyatda gedişhaqlarını 40, qazın qiymətini isə 35 faiz bahalaşacağını elan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər