12 Yanvar 2019 12:13
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Dəniz Donanmasına aid USS Fort McHenry gəmisi bu gün səhər saatlarında İstanbulda görünüb.

Teleqraf.com xəbər verir ki, savaş gəmisi Qara dənizdən İstanbul boğazını keçərək Mərmərə dənizinə daxil olub.

ABŞ hərb gəmisinin təhlükəsizliyini təmin etmək üçün Türkiyənin sahil təhlükəsizlik qayıqları onu müşayiət edib.

Xatırladaq ki, ABŞ hərbi gəmisi 5 gün əvvəl Qara dənizə daxil olmuşdu.


Müəllif: Cavad